VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polşanın Krakov şəhərindəki Universitet Xəstəxanasında həkimlər nadir hadisəyə imza atıblar.

BAKU.WS
“gazeta.pl”a istinadən xəbər verir ki, həkimlər anasının ölümündən 56 gün sonra dünyaya gələn uşağı xilas edə biliblər.

Belə ki, bir qadın hamilə qaldıqdan sonra onun səhhətində problemlər yaranıb. 5 aydan sonra qadın xəstəxanaya yerləşdirilib. Bütün müalicələrə baxmayaraq qadın beyin ölümü keçirib.

Həkimlər qadını aparata qoşublar və onun digər orqanizmlərinin ölməməsi üçün əllərindən gələni ediblər. Həkimlər çalışıblar ki, ana bətnindəki körpə qidalansın və böyüsün.

Qadının ölümündən 56 gün sonra uşaq süni yolla götürülüb. Dünyaya gələn qız uşağının çəkisi 1250 qram olub.
BAKU.WS