SİZİN REKLAM BURADA!
055 213 76 73


“Facebook” şirkətinin nümayəndələri xəbər lentindəki postların altında bəyənmələrin sayını gizlədən funksiyanın tətbiq edilməsi imkanını nəzərdən keçirirlər.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, yeni funksiya “Facebook”un “Android” sistemi üçün tətbiqində sınaqdan keçirilir.

"Maraqlıdır ki, bəyənmələrin sayı və ya şərhlərə reaksiya hələ gizlədilməyib. Bu, sözügedən funksiyanın erkən hazırlanma mərhələsində olması ilə bağlı ola bilər” – “TechCrunch” portalının eksperti Ceyn Vonq deyib.

Məlumata görə, bu üsulla istifadəçiləri sosial şəbəkədə paxıllıq təzahürlərindən qorumaq və özünə senzura təzyiqini azaltmaq istəyirlər.
BAKU.WS