SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzad “Taliban” terror təşkilatı ilə əldə edilən razılıq barədə açıqlama verib.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, razılığa əsasən ABŞ Əfqanıstandan 20 həftə ərzində 5400 əsgərini çıxaracaq.

Xəlilzad razılaşma barədə Əfqanıstan rəhbərliyinin məlumatlandırıldığını söyləyib.


Maraqlısı budur ki, Xəlilzadın açıqlaması televiziyada yayımlanan zaman Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib. Terakt zamanı 5 nəfər ölüb, çoxlu sayda insan isə yaralanıb.

Bu arada, razılaşmanın şərtlərindən biri kimi Əfqanıstan hökumətinin də “Taliban”la atəşkəs imzalamasının vacib olduğu göstərilib. Prezident Əşrəf Qaninin sözçüsü Sediq Siddiqi bu məsələdə “Taliban”dan təminat gözlədiklərini söyləyib.

Qeyd edək ki, hazırda Əfqanıstanda 14 minə yaxın ABŞ əsgəri var. Bu ölkə 2001-ci ildə işğal edildikdən sonra ABŞ əsgərləri burada davamlı olaraq xidmət aparır.
BAKU.WS