VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada Hessenwinkel qaçqın düşərgəsində yaşayan 32 yaşlı azərbaycanlı qadın vəfat edib.

BAKU.WS
xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb.

Hadisə 31 avqust tarixində axşam saatlarında baş verib. Hamilə qadın yaşadığı mənzilin pəncərəsini silən zaman ehtiyatsızlıq üzündən 4-cü mərtəbədən yıxılıb.

Adı açıqlanmayan azərbaycanlı xanımın və bətnindəki körpəni xilas etmək üçün 30 təcili yardım xidməti, dörd təcili yardım maşını, bir helikopter və üç həkim və köməkçiləri hərəkətə keçib.

Hündürlükdən yıxılan qadını ölsə də, həkimlər onun bətnindəki körpəni xilas etmək istəyiblər. Təcili şəkildə qeysəriyyə əməliyyatı aparılıb. Onların bütün səyləri nəticəsiz qalıb. Dünyaya gətirilmiş körpə qısa müddətdən sonra ölüb. 

Vəfat edən xanım həmin mənzildə həyat yoldaşı və bir uşağı ilə birlikdə yaşayırmış. Hazırda hadisədən şoka düşmüş kişi və azyaşlıya psixoloji yardım göstərilir.

Hüquq mühafizə orqanları hadisənin detallarını araşdırır. 

Zülfiyyə Qurbanova
BAKU.WS
QALEREYA