VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Başqırdıstan Respublikasında dəhətli cinayətin üstü açılıb. 

BAKU.WS xəbər verir ki, yerli polis aparılan istintaq zamanı ananın öz körpəsini öldürərək həyətlərində basdırmasını üzə çıxarıb. 

Rusiyanın İstintaq Komitəsi açıqlayıb ki, İsmailovo rayonunun sakini 29 avqust tarixində polisə 1 yaşlı oğlunun itməsi barədə məlumat verib. Uşağın axtarışlarına polis, xilasedici və könüllülər cəlb edilib.

Polis əməkdaşları itkin düşdüyü iddia edilən uşağın anası ilə söhbət zamanı onun psixoloji problemlərinin olmasını müəyyənləşdiriblər. Daha sonra qadından alınan ifadələr zamanı onun öz körpəsini öldürərək həyətində basdırmasını üzə çıxarıblar.
BAKU.WS