SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrikenin 9 yaşlı qızı Xana vəfat edib.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, Xana 5 aydır mübarizə apardığı dəhşətli xəstəliyə qalib gələ bilməyib.

Enrike qızının vəfatı ilə bağlı sosial şəbəkədəki hesabında bunları yazıb:

“Sənin üçün çox darıxacağıq. Amma gələcəkdə görüşəcəyimiz ümidiylə həyatımızın hər günündə səni xatırlayacağıq. Ailəmizin ulduzu olacaqsan”.

O, qızının xəstəliyi müddətində yanlarında olan, dəstək verən və xəstəxanada diqqət göstərən hər kəsə təşəkkür edib.

Qeyd edək ki, 9 iyul 2018-ci ildə İspaniya milli komandasına baş məşqçi təyin edilən Luis Enrike bu ilin iyununda qızının xəstəliyi ilə əlaqədar postundan ayrılmışdı. Onun yerinə 19 iyunda Roberto Moreno təyin edilib.
BAKU.WS
QALEREYA