VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Bavariya vilayətinin Deggendorf şəhərində bir həftə əvvəl Azərbaycan və Nigeriyadan olan miqrantlar arasında kütləvi dava baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə "Wochenblatt" qəzeti yazıb.
 
Nəşrin yazdığına əsasən, toqquşmalar zamanı 9 nəfər, o cümlədən düşərgənin üç mühafizəçisi və iki polis yaralanıb. Qaçqınların bina kompleksinə ciddi maddi ziyan dəyib.
 
Deggendorf Prokurorluğunun tələbi ilə avqustun 23-də hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimətdə təqsirli bilinən 26 yaşlı nigeriyalı və 19 yaşlı azərbaycanlının həbsinə order verilib. 

Kütləvi toqquşmalar zamanı saxlanılan digər 39 yaşlı azərbaycanlı isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Digər 36 yaşlı azərbaycanlı hadisədən iki gün sonra həbs olunub və İstintaq Təcridxanasına yerləşdirilib.
BAKU.WS