VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Vladimir Zelenskinin Ukrayna prezidenti seçilməsinin 100 günü tamam oldu.

BAKU.WS xəbər verir ki, politoloq Elxan Şahinoğlu Ukrayna prezidentinin apardığı islahat və verdiyi qərarları şərh edib. 

Politoloq hesab edir ki, Zelenskinin parlamenti buraxaraq erkən seçkilər təyin etməsi düzgün qərar olub: "Bu 100 gün haqqında nə demək olar? Zelenski prezident seçiləndən sonra parlamenti buraxaraq erkən seçkilər təyin etdi və onun “Xalqın xidmətçisi” partiyası böyük səs çoxluğu ilə qələbə qazandı. Zelenski doğru gediş etdi. Çünki, o parlament seçkilərinnin keçiriləcəyi oktyabr ayını gözləsəydi özünün və partiyasının reytinqinin enməsi ehtimalı var idi ki, payızda daha az səslə qələbə qazana bilərdi. Hələ ki, parlament seçkisində partiyasının böyük qələbəsi Zelenskinin 100 gündəki yeganə uğuru sayıla bilər. Zelenski hələ baş nazir təyin etməyib və iqtisadi islahatlara başlamayıb. İtirilən torpaqların necə geri qaytarılacağı sualı da açıq qalır".

Zelenski ölkəni dəyişmək istəyir, xalqı üçün rifah arzulayır, korrupsiyanın kökünü kəsəcəyinə ümid edir: "Ancaq bu arzu və istəkləri Ukrayna kimi qarışıq və oliqarxların baş rol oynadığı ölkədə həyata keçrimək çətindir. Digər tərəfdən bəzi Qərb ölkələri Rusiyanın Krımı ilhaqına və Donbass separatçııarlna verdiyi dəstəyə baxmayaraq, Moskva ilə köhnə əlaqələrini bərpa etməyə çalışırlar, hətta Rusiyanın “böyük yeddilərə” geri qaytarılması mövzusunu ortaya atırlar. Bu gedişat da Zelenskinin ölkə daxilindəki problemlərini artıracaq. Qış ayları yaxınlaşdıqca Zelenski Ukraynanı necə qızdıracağı, maliyyənin kasad olduğu ölkədə yanacağı hardan alacağı sualı üzərində də baş sındırmalı olacaq".
BAKU.WS