SİZİN REKLAM BURADA!
055 213 76 73


BMT Baş Katibinin sözçüsü Stefan Duyarriç Yaxın Şərqdə son günlər artan gərginliklə bağlı açıqlama verib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Duyarriç ötən həftənin cümə günündən etibarən İsrail, Qəzza, Livan, Suriya, İraq və Səudiyyə Ərəbistanında pilotsuz uçan aparatlar (PUA) və raket zərbələrinin müşahidə edildiyini bildirib.

O, gərginliyin müşahidə edildiyi ölkələrə çağırış edərək Yaxın Şərqin növbəti müharibənin yükünü qaldıra bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, son günlər İsrail Suriyaya hücumlarını intensivləşdirib. Bundan başqa İraqda “Həşd Şabi” mövqelərinə də zərbələr endirməyə başlayıb. İsrail hava qüvvələrinə məxsus PUA-lar 2006-cı ildən sonra ilk dəfə Livan ərazisinə də hücumlar etməyə başlayıb. Hizbullah lideri Həsən Nəsrullah isə çıxışında bildirib ki, İsrail 2006-cı ildə 33 günlük müharibədən sonra ilk dəfə olaraq Livan sərhədlərini pozaraq ölkə ərazisinə müdaxilə edir. Eyni zamanda o, İsraili qisas əməliyyatı ilə hədələyib. Həsən Nəsrullah bildirib ki, bundan sonra İsrail əhalisi normal şəkildə yaşaya bilməyəcək. İsrail ordusuna müraciət edən Nəsrullah “sərhəddəki İsrail ordusuna üz tuturam, hazırlıq vəziyyətində olun və bizi gözləyin. Bir gün, iki gün, üç gün, sadəcə gözləyin” - deyib.

Fərid ƏDALƏT

BAKU.WS