VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Xarici İşlər naziri Boris Conson Fransa Prezidenti Emmanuel Makronla görüşdə qəribə hərəkəti ilə gündəmə gəlib.

BAKU.WS “Euronews”a istinadən xəbər verir ki, Brexit məsələsi ilə bağlı görüşlərini davam etdirən Conson Yelisey sarayındakı görüş zamanı ayağını kiçik stola uzadıb.

Ani hərəkətlə ayağını geri çəkən nazir jurnalistlərə əl işarəsi edərək Makronla söhbətə davam edib.

Görüşün sonunda Conson Brexit üçün İngiltərəyə lazım olan razılaşmanı əldə edə bilməyib.

Qeyd edək ki, o, Fransadan öncə Almaniyada idi. Angela Merkellə görüşdə əlləri arxada hərəkət edən Conson diqqət mərkəzinə düşmüşdü
BAKU.WS
VİDEO