SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyanın Baş naziri Cuzeppe Konte istefa verib.

BAKU.WS “Euronews”a istinadən xəbər verir ki, o, prezident Serjo Mattarelleyə istefası ərizəsini təqdim edib.

Prezident də onun istefasını qəbul edib. Lakin, yeni hökumət formalaşana qədər vəzifəsini icra etməsi istənilib.

Mattarellanın bu gün partiya liderləri ilə görüşmələrə başlayacağı gözlənilir. Əgər yeni koalisiya hökumətini təşkil etmək mümkün olmasa, prezident parlamenti buraxacaq və erkən seçkilər keçiriləcək.

Qeyd edək ki, Kontenin istefası iqtidar koalisiyasının dağılması ilə əlaqədardır.
BAKU.WS