SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ Prezidenti Donald Tramp Qrenlandiya adası ilə bağlı qəribə paylaşım edib.

BAKU.WS xəbər verir ki, Tramp adanın ortasına montajla “inşa” edilmiş “Trump Tower” binasının fotosunu paylaşaraq “Qrenlandiyaya bunu etməyəcəyimə söz verirəm” qeydini yazıb.

Bu paylaşım fərqli fikirlərin yaranmasına səbəb olub. Bəzi istifadəçilər Trampın adanı almaq istəmək fikrini dəyişdiyini bildiriblər.

Qeyd edək ki, Danimarkanın muxtariyyətində olan Qrenlandiya adasını almaq niyyətinin olduğunu bildirən Tramp “Strateji olaraq diqqət cəlbedəndir” söyləmişdi. Danimarka Baş naziri Metter Frederiksen isə bunu “absurd” adlandırmışdı.
BAKU.WS
QALEREYA