SİZİN REKLAM BURADA!
055 213 76 73


Şimali Koreya Cənubi Koreyanın ötən həftə ABŞ-la birgə hərbi təlimlərə başlamasına etiraz olaraq C.Koreya ilə danışıqları dayandırıb.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Kim Çen In hökuməti bu təlimləri müharibəyə hazırlıq olaraq qiymətləndirib.

Ş.Koreya bunun ardınca iki raket sınağı keçirib.

Cənubi Koreya ordusundan verilən məlumata görə, raketlər 30 km yüksəkliyə çataraq 230 km yol qət edib. Raketlərin hara düşdüyü isə bildirilməyib.

Qeyd edək ki, bu il hər iki ölkə rəhbərləri arasında vəziyyəti normallaşdırmaq üçün danışıqlar keçirilmişdi.
BAKU.WS