Azərbaycandan olan mühacir qadın Almaniyada sakini olduğu qaçqınlar üçün sığınacaqda vəhşicəsinə döyülüb.

BAKU.WS
xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat verib.

Qadın Lambshaymda qaçqınlar üçün sığınacaqda bu xəsarətləri alıb. 12 gün əvvəl sığınacaqda onunla qonşuluqda yaşayan suriyalı qadın arasında mübahisə yaranıb. Hadisə zamanı qonşu qadının iki oğlu onu yumruq və təpiklə vəhşicəsinə döyüblər və agır xəsarət yetiriblər. 

Ağır xəsarətlər alan 41 yaşlı Sevinc hazırda Frankentalsk şəhər xəstəxanasındadır. Onun sol ayağı sınıb və bədənində çoxsaylı xəsarətlər var.

Qadına hücum edən 17 və 19 yaşlı şəxslər barəsində cinayət işi qaldırılıb, amma həbs olunmayıblar.

Məlumata görə Sevinc K. Almaniyaya Azərbaycandan üç il əvvəl gedib. Peşəcə farmasevtdir, alman dilini tez öyrənib və tibb bacısı kursunu keçib.

Zülfiyyə Qurbanova
BAKU.WS