VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Deyirlər ki, mən qəhrəmanlıq etmişəm. Sözün düzü, mən özümü heç də qəhrəman hiss etmirəm. Çünki lazım olanı etmişəm; təyyarəni, sərnişinləri və heyəti xilas etdim".

BAKU.WS
xəbər verir ki, bu sözləri 233 nəfəri xilas edən pilot Dəmir Yusupov deyib.

Dünən 06:10-da Moskvanın Jukovski hava limanından Simferopola uçan, göyərtəsində 233 nəfərin olduğu Ural Hava yollarına məxsus "Airbus 321" sərnişin təyyarəsi uçuşdan 10 dəqiqə sonra mühərrikinə quş düşməsi səbəbindən alovlanıb və təcili qəza enişi edib. Pilot Dəmir Yusupov təyyarəni böyük ustalıqla qarğıdalı tarlasına endirə bilib. 226 sərnişin və 7 ekipaj üzvündən heç kim xəsarət almayıb.

Dəmir Yusupov mediaya müsahibəsində qəhrəmanlığını belə şərh edib:

"Uçuşu davam etdirməyə mühərrikin gücü çatmırdı. Hətta həmin yüksəkliyi saxlamaq çətin idi. Əvvəlcə eniş etmək qərarı verdik, lakin ikinci mühərrik sıradan çıxdığını görüb təyyarəni yalnız həmin yerdə endirməklə xilas olacağımızı anladıq. Bir neçə saniyə içində verilən qərarla insanları xilas etdik".
BAKU.WS
VİDEO