SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən gecə Almaniyaya qaçqın statusu almaq üçün müraciət edən azərbaycanlı intihara cəhd edib. 

BAKU.WS
xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev İntegrasiya Mərkəzi səhifəsində məlumat yayıb.

İtaliya vizası ilə Almaniyaya gəlib Ibbenburen şəhərində məskunlaşan və Dublin sazişinə görə İtaliyaya getməkdən imtina edən bu şəxs özünü doğrayıb:

"Hər iki qollarını kəsən şəxs 2 ay əvvəl İtaliya vizası ilə Almaniyaya gəlib. Bu gün polislər onu məcburi qaydada İtaliyaya deport etmək istədikləri zaman özünü dögrayib. Hüseyn adlı bu şəxs Kəlbəcər rayonunda anadan olub, evlidir, iki azyaşlı uşağı var. O, təcilli yardımla xəstəxanaya çatdırılib".

Həmin şəxsin vəziyyəti ağır olsa da ölüm təhlükəsi sovuşub.

Xatırladaq ki, ötən ay sığınacaq almaq üçün Almaniya dövlətinə müraciət edən və rədd cavabı alan üç azərbaycanlı intihara cəhd edib. Onlardan biri ölüb, ikisi həyata qaytarılıb. 

Zülfiyyə Qurbanova
BAKU.WS