VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.

BAKU.WS xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.

Bildirilir ki, sabiq prezident özü təslim olub. Atambayevi iqamətgah ərazisindən hüquq mühafizə orqanlarının əməkdaşları aparıblar. 

Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov da onun yanındadır.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 80 nəfər yaralanıb, bir nəfər ölüb.
BAKU.WS