SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzu Deni Trexo (Danny Trejo) qəza zamanı avtomobildə qalan azyaşlını xilas edib. 

BAKU.WS xəbər verir ki, bu barədə "ABC7" telekanalı məlumat verib.

Hadisə ABŞ-ın Los-Anceles şəhərində qeydə alınıb. Tanınmış aktyor çevrilmiş avtomobili gördükdən sonra ona kömək üçün yaxınlaşıb. Avomobildə yaşlı qadın və arxa oturacaqdakı azyaşlını görüb.

Uşağı xilas etmək üçün oturacaqdakı təhlükəsizlik kəmərini açmaq istəyən Deni Trexo buna nail olmayıb. Daha sonra hadisə yerinə yaxınlaşan digər şəxslə köməkləşərək həm uşağı, həm də qadını xilas etmək mümkün olub. 

"Mən körpəni çıxarmaq istəyirdim, amma kəməri aça bilmirdim. O, içəri girdi, kəməri açdı, mən isə azyaşlını çıxara bildim",- deyə Hollivud ulduzu hadisə barədə danışıb.

BAKU.WS
VİDEO