VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Texas ştatında yaşayan Con Bleyz adlı gənc sevgilisinə qeyri-adi evlilik təklif edib.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, o, GPS köməyi ilə “Marry me” (Mənimlə evlən) yazmaq üçün velosipedlə 90 dəqiqə ərzində 15,7 mil (24,3 km) yol qət edib.

Maraqlısı budur ki, o, bu məsafəni sevgilisi Tao Nquyenlə birlikdə gedib. Sonda isə ona maraqlı sürpriz edib və GPS-lə ortaya çıxan mənzərəni sevgilisinə göstərib. Sevgilisi onun təklifini müsbət cavablandırıb.

Qeyd edək ki, bundan sonra velosiped həvəskarları GPS vasitəsilə müxtəlif sözlər yazmağa başlayıblar.
BAKU.WS
QALEREYA