VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“WhatsApp”ın tərtibatçıları messencerdə yeni funksiyaların istifadəyə verilməsini elan ediblər.

BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislər indi messencerin “iOS” platformasında işləyən növbəti versiyası üçün bir sıra yeniləmələri sınaqdan keçirirlər.

Məsələn, “WhatsApp” messencerində çatlarda mesajların alınması ilə bağlı problemin mövcud olması barədə bərkidilmiş xəbərdarlıq olacaq. Həmçinin istifadəçilər üçün qəbul edilmiş və ya göndərilmiş multimedia fayllarının sürətli redaktəsi funksiyası əlçatan olacaq.

Yeni funksiya vasitəsilə messencerdən çıxmadan şəkillərə dəyişikliklər etmək mümkün olacaq. Bu yenilik, həmçinin “Android” platformasının idarəetməsi altında işləyən qurğu sahiblərinə də əlçatan olacaq.

Bundan başqa, indi “WhatsApp” komandası “push” bildirişlərdə səsli mesajların ilkin dinlənilməsi imkanı üzərində işləyir.
BAKU.WS