SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ prezidentliyinə namizəd senator Berni Sanders qondarma "erməni soyqırımı"nı tanıyacağını bəyan edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə B.Sanders Los-Ancelesdə media nümayəndələri ilə görüş zamanı bildirib.

O qeyd edib ki, prezident seçiləcəyi təqdirdə 1915-ci ildə baş verən hadisələrlə bağlı “soyqırımı” ifadəsini istifadə edəcək.

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd B. Sanders senatorlar Bob Menendez və Ted Kruz tərəfindən irəli sürülən qondarma "erməni soyqırımı” qətnaməsini dəstəkləyənlərdən biridir.

Berni Sanders Demokratlar Partiyasının üzvüdür.
BAKU.WS