VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya xüsusi və xidməti pasportlara sahib olan Türkiyə vətəndaşları üçün viza rejiminin ləğv edib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Prezidenti Vladimir Putin müvafiq sənəd imzalayıb.

Sənədə görə, xüsusi və xidməti pasportlara sahib olan Türkiyə vətəndaşları, onların ailə üzvləri, eləcə də Türkiyənin Rusiyadakı diplomatik nümayəndəliklərinin əməkdaşları 2015-ci ildən tətbiq edilməyə başlanan viza rejimindən azad ediliblər.

Sənəd bu gün qüvvəyə minib.

Qeyd edək ki, sentyabrın 1-dən etibarən Türkiyə vətəndaşları Azərbaycana da viazsız səfər edə biləcəklər.
BAKU.WS