SİZİN REKLAM BURADA!
055 213 76 73


Kerç boğazında Ukrayna gəmilərinin hərəkətinə maneəçilik törətdiyinə görə Ukrayna təhlükəsizlik xidməti Odessa bölgəsindəki İzmail limanında Rusiyanın "Neyma" tankerini saxlayıb.

BAKU.WS
ria.ru-ya istinadən xəbər verir ki, gəminin NIKA SPIRIT adı altında limana girdiyi iddia edilir.

Məlumata görə, NEYMA 2018-ci ilin noyabrında Kerç boğazında baş verən insident zamanı Ukrayna gəmilərinə maneə törədib. Rusiyanın bayrağı altında üzən tanker iyulun 24-də İzmail limanına daxil olub. Gəminin sahibləri onun adını dəyişdirərək NIKA SPIRIT qoyublar ki, onun Kerç boğazında baş verənlərə aidiyyatı ortaya çıxmasın.

NEYMA saxlanılarkən göyərtəsində biri kontr admiral, ikisi vitse-admiral və general-polkovnik olmaqla 15 ekipaj üzvü olub.

Təhlükəsizlik Xidmətinin əməkdaşları, hərbi prokurorlar və sərhədçilər Ukrayna məhkəməsinin icazəsilə gəmidə axtarış aparıb. Gəmidəki sənədlər, danışıq qeydləri və dəftərlər götürülüb. Gəmi heyəti də dindirilib.

Gəminin özü maddi sübut kimi tanınıb, onun üzərinə həbs qoyulması üçün vəsatət hazırlanır.
BAKU.WS