SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanlılar daha bir ölkədə xilaskarlıqları ilə gündəmə gəliblər.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Qazaxıstanda baş vermiş hadisənin şahidlərinin məlumatına görə, balıq ovundan gələn dörd azərbaycanlı yol kənarında yanan maşın görüblər.

Avtomobilin qapılarının bağlı olmasına baxmayaraq, onlar maşında olan Rusiya vətəndaşını pəncərədən çıxararaq xilas ediblər. Bir neçə dəqiqədən sonra isə avtomobil partlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Umud və Sabir Şirinov qardaşları Ukraynada yanan avtomobildən bir ailənin üç üzvünü xilas etmişdilər.
BAKU.WS
VİDEO