SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin türk əsilli Mühafizəkar Partiyasının sədri Boris Consonun ölkənin yeni baş naziri seçilməsi türkləri sevindirib.

BAKU.WS
DHA-ya istinadən xəbər verir ki, B.Consonun Çankırının Orta rayonunun Kalfat kəndində yaşayan həmkəndliləri bu münasibətlə kəndin mərkəzində yerləşən meydanda bayram ediblər.

Türk əsilli siyasətçinin İngiltərədə baş nazir seçilməsini qeyd edən kalfatlılar Boris Consonu Kalfatda görmək istədiklərini deyiblər.

Kəndin bələdiyyə sədri Bayram Tavukçu Londona gedib Boris Consona təbriklərini çatdırmaq niyyətindədir.

Mustafa Bal adlı kənd sakini isə deyib ki, bu kənddən və türk sülaləsindən baş nazir çıxmasından qürur duyduqlarını belə ifadə edib: “Dünyada liderlik edəcək şəxslər bu sülalədən çıxa bilər. Burada onların nəslinə Sarıoğlangillər deyirdilər. Consonun da sarılığı sülalədən gəlir”.

Xatırladaq ki, dünən İngiltərə baş naziri seçilən 55 yaşlı Boris Conson Osmanlı İmperiyasının sonuncu daxili işlər naziri Ali Kamalın nəvəsi Stenli Consonun oğludur. Ali Kamal Atatürk hakimiyyətə gələndən sonra edam olunub. Fərid Paşa hökumətində maarif və daxili işlər naziri olan Ali Kamalın babası Hacı Ahmed Rıza Əfəndi 1813-cü ildə Kalfat kəndində doğulub.

Boris Consonun anası yəhudi əsillidir.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO