SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya hərbi təyyarələri Cənubi Koreya hava məkanına qanunsuz daxil olub.

BAKU.WS CNN Türk-ə istinadən xəbər verir ki, bunu Cənubi Koreya ordusu açıqlayıb.

Məlumata görə, Rusiyaya məxsus 3 təyyarə Koreya Hava Müdafiə Bölgəsinə (KADIZ) daxil olub. Bundan sonra Çinə məxsus iki təyyarə də eyni addımı atıb.

Rusiya təyyarələri bölgəni tərk edərək 20 dəqiqə sonra yenidən C.Koreya hava məkanına daxil olub. Bundan sonra C.Koreya hərbi təyyarələri xəbərdarlıq atəşi açıblar.

Faktla əlaqədar Rusiya və Çin tərəfindən açıqlama verilməyib.

Fərid ƏDALƏT
BAKU.WS