SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur biznesmen və ixtiraçı İlon Mask beyindən keçənlərin oxumağı bacaran layihə üzərində işləyir.

BAKU.WS “Ensonhaber.com”a istinadən xəbər verir ki, “Neyrolink” adlanan layihə haqqında danışan Mask gələcəkdə bu qurğu sayəsində iflic olan xəstələrin kompüter və telefonda müəyyən funksiyaları istifadə edə biləcəyinə ümid edir.

4 elektroddan təşkil ediləcək bu qurğu bir mikrosxemə bağlanaraq qulağın arxa tərəfinə yerləşdiriləcək və bununla da sinir ucları stimullaşdırılacaq.

O, bu ilin sonuna qədər yeni qurğunun sınaqdan keçiriləcəyini açıqlayıb. 

Mask iddiasını daha da yüksəldərək gələcəkdə bu sistem sayəsində meymunların da kompüter istifadə edə biləcəyini bildirib.
BAKU.WS
QALEREYA