SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Volqoqrad vilayətinin Kletsk rayon məhkəməsinin keçmiş sədri Rəşad Nəbiyev hakim mantiyasını geri qaytarmaq üçün mübarizə aparır.

BAKU.WS
virtualaz.org-a istinadla xəbər verir ki, onun Azərbaycan vətəndaşlığı daşıdığına görə məhkəmə sədrliyindən və hakimlikdən çıxarılması barədə qərardan verilmiş şikayətə Rusiyanın Ali Məhkəməsi baxacaq. Rəşad Nəbiyev hesab edir ki, onun barəsində çıxarılmış qərar qanunsuzdur və ləğv edilməlidir.


Rəşad Nəbiyev Volqoqrad vilayət Dumasının keçmiş deputatı, uzun müddət “Qazprom”un törəmə şirkətlərindən birinə rəhbərlik etmiş Həsən Nəbiyevin oğludur. Həsən Nəbiyev Azərbaycanın Gədəbəy rayonunun Zəhmət kəndində doğulub, Rusiyada yaşayır və uzun illərdir Volqoqradda iri sənaye müəssisələrinə rəhbərlik edib. Amma bu ilin yazında Nəbiyevin regional Dumadakı çıxışı həm onun özünün, həm oğlunun başına əməlli-başlı iş açdı. Deputat Nəbiyev pensiyaların artırılması haqda müzakirələr zamanı bildirdi ki, aşağı - 8 min rubl pensiya alanlar əslində tüfeylilər və “alkaşlardır”. Çünki normal əmək fəaliyyəti ilə məşğul olanlar indi kifayət qədər yüksək pensiya alırlar. Tüfeyliliklə və “alkaşlıqla” məşğul olanlar isə belələrinin zəhməti hesabına pensiya ilə təmin olunurlar.


Hakim “Vahid Rusiya” partiyasının üzvü olan deputatın bu çıxışı böyük qalmaqala səbəb oldu, federal səviyyədə müzakirəyə çıxarıldı və nəticədə o, deputat səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün ərizə yazmalı oldu. Həmin vaxt “təsadüfən” üzə çıxdı ki, Nəbiyevin oğlu-rayon məhkəməsinə 2013-cü ildən bəri sədrlik edən Rəşad Nəbiyevin Azərbaycan vətəndaşlığı da var və Rusiya qanunlarına görə bu adam hakim, məhkəmə sədri ola bilməz. Nəticədə atasının mandatının ardınca R.Nəbiyevin də hakim mantiyasını əlindən aldılar.

Lakin R.Nəbiyev bu qərarı qanunsuz sayır və mayın 30-da Rusiya Ali Məhkəməsinə müraciət edərək qərara yenidən baxılmasını istəyib. Habelə Nəbiyev hakimlərin yüksək Kollegiyasına da qərarın ləğvi üçün müraciət edib, bu müraciətə iyulun 22-də baxılacaq.
BAKU.WS