SİZİN REKLAM BURADA!
055 213 76 73


İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu Adnan Oktar və təşkilatına üzv olan digərləri barəsində hazırladığı 3908 səhifəlik iddianamənin bəzi detalları ortaya çıxıb.

BAKU.WS “Sputnik Türkiyə”yə istinadən xəbər verir ki, iddianamədə Oktarın təşkilatı “Adnan Oktar Cinayətkar Təşkilatı” (AOSSÖ) olaraq qeyd olunub.

Həmçinin, Adnan Oktarın təşkilatına hansı kriteriyalarla üzvlər qəbul etdiyi də üzə çıxıb. Məlumata görə, “gözəl, yaraşıqlı, zəngin və təhsilli” üzvlər təşkilata üzv kimi qəbul edilib.

Qeyd edək ki, cəmiyyət arasında Harun Yəhya olaraq olaraq da tanınan Adnan Oktar 90-cı illərdən etibarən əsasən tələbələr və gənc qızları ətrafına toplayaraq təşkilatlanıb. O, özünü müqəddəs elan edərək təşkilata üzv qızları özü ilə evlənməyə təşviq edib, sahibi olduğu villalarda yüzlərlə qızı cinsi istismara məruz qoyub.

Dini hökmləri dəyişərək yeni hökmlər ortaya çıxarıb, sahibi olduğu kanalda əxlaq normalarına zidd verilişlər yayımlayıb.

Ötən il keçirilən genişmiqyaslı əməliyyatla o və təşkilatına üzv olan yüzlərlə qadın və kişi saxlanılıb. Milyonlarla dəyəri olan əmlakları isə müsadirə edilib.
BAKU.WS