SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Çelyabinsk vilayətində Kunaşaksk rayonundan seçilən deputat İlfat İmanqulovun oğlu iki nəfəri avtomobili ilə vuraraq öldürüb.

BAKU.WS
ura.ru-ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

Deputatın oğlu Ruslan İmanqulov avtomobili yüksək sürətlə - saatda 200 km sürətlə idarə edirmiş. Anidən qarşısına çıxan iti vurmamaq üçün maşını döndərib və idarəetməni itirərək piyada keçidindəki qadınla kişini vurub. Hər iki şəxs hadisə yerindəcə ölüb.

Ölənlərin ər-arvad olduğu bildirilir. O, rayon rəhbərinin keçmiş sürücüsü olub. Aprel ayında işdən çıxıb.

Zülfiyyə Qurbanova
BAKU.WS