VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Federal Ticarət Komissiyasının “Facebook”a verdiyi 5 milyard dollarlıq cəza şirkətin 10,4 milyard dollar dəyər qazanmasına səbəb olub.

BAKU.WS “ensonhaber.com”a istinadən xəbər verir ki, cəza açıqlandıqdan sonra birjalarda “Facebook” hissələrinin dəyəri 1,81 faiz yüksəlib.

Xatırladaq ki, Komissiya “Facebook”u 2016-cı ildə 87 milyon istifadəçinin şəxsi məlumatlarını “Google Analytica” şirkətinə ötürdüyü üçün cərimələyib. Məlumata görə, “Google Analytica” həmin məlumatları ABŞ-da prezident seçkilərində istifadə edib.

Qeyd edək ki, 5 milyard dollar bu vaxta qədər bir texnologiya şirkətinə verilən ən yüksək məbləğdə cəzadır.

Onu da əlavə edək ki, ötən il 56 milyard dollar gəlir əldə “Facebook”un qazancının bu il 69 milyard dollara çatacağı gözlənilir.

Fərid ƏDALƏT
BAKU.WS