VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Federal Apellyasiya Məhkəməsi prezident Donald Trampın Vaşinqtondakı hotelindən “qanunla qadağan olunmnuş şəkildə qazanc əldə etdiyi” iddiası ilə aparılan istintaqın yekununda Trampı haqlı hesab edib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tramp məhkəmənin bu qərarını belə dəyərləndirib:

“Prezidentiniz olaraq sizə xidmət etmək və yaxşı iş görmək üçün pul qazanmaq əvəzinə sərvətimi itirirəm. Üstəlik maaş da almıram”.

Qeyd edək ki, ABŞ qanunvericiliyinə görə prezidentlər də daxil olmaqla federal hökumət işçiləri vəzifədə olduqları müddətdə xarici dövlətlərdən hədiyyə və qazanc əldə edə bilməz. Demokratlar də iddia edirdi ki, Tramp hotel də daxil olmaqla bir çox sahədə gəlirlərini xarici dövlətlərdən əldə edib.

Fərid ƏDALƏT
BAKU.WS