SİZİN REKLAM BURADA!
055 213 76 73


Pakistanda sərnişin qatarı yük qatarı ilə toqquşub.

BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Pəncab vilayətinin Attok qəsəbəsi yaxınlığında baş verib.

Məlumata görə, Kvetta şəhərindən Lahora sərnişin daşıyan qatar Rəhimyar-Xar şəhərində dayanmış qatara çırpılıb.

Hadisə nəticəsində 13 nəfər ölüb, 67 nəfər isə yaralanıb. Yaralılar arasında 11 uşaq var.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadaları cəlb edilib və yaralılar xəstəxanalara yerləşdirilib.

Fərid ƏDALƏT



BAKU.WS