SİZİN REKLAM BURADA!
055 213 76 73


Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti aksiya keçirilir.

BAKU.WS xəbər verir ki, Gürcüstan daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə keçirilən aksiya sayca 21-cidir.

Aksiyada Tbilisdə iyunun 20-21-də baş verən hadisələrin əks olunduğu 500-ə yaxın fotoşəkil sərgilənib.

Təşkilatçıların sözlərinə görə, sərginin təşkilində məqsəd dünya ictimaiyyətinə Tbilisidə insanlara qarşı tətbiq olunmuş zorakılığı nümayiş etdirməkdir.

Fotoşəkillər parlamentin binası önündə quraşdırılmış böyük monitorda da nümayiş etdiriləcək. 
BAKU.WS