Türkiyənin Hakkari bölgəsində PKK terrorçuları əsgərləri olduğu hərbi texnikanı vurublar.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 2 əsgər şəhid olub, 1 əsgər isə yaralanıb.

Hazırda bölgədə əməliyyatlar davam edir.

Bu arada, Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, İraqın şimalında Haftanin və Metina bölgələrində PKK terrorçularına ağır zərbə endirilib. Əməliyyat zamanı 3 terrorçu öldürülüb, sığınacaqlar məhv edilib.

Fərid ƏDALƏT
BAKU.WS