SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam edir.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, təşkilatı Türkiyə Silahlı Qüvvələrindəki (TSK) əlaqələrinin ortaya çıxarılması istiqamətində növbəti əməliyyat keçirilib.

İstanbulda 176 nəfər, İzmirdə isə 35 nəfər hərbçi haqqında saxlanılma qərarı çıxarılıb. Onlardan 100-ü Quru, 33-ü Hava, 37-si Dəniz Qoşunlarına və 6-sı sahil Mühafizə Xidmətində çalışır. Həmçinin, onlar arasında 1 polkovnik, 2 podpolkovnik, 5 mayor, 7 kapitan da var.

Məlumata görə, terrorçuluqda şübhəli bilinən hərbiçilərin saxlanılması əməliyyatı davam edir.
BAKU.WS