SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya 1987-ci ildə keçmiş ABŞ-la imzalanmış “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan rəsmən çıxıb.

BAKU.WS İHA-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu gün bununla bağlı sənədi təsdiqləyib.

Qərar hökumətin rəsmi qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.

Xatırladaq ki, qanun layihəsi Rusiya Parlamentində keçirilən səsvermədə qəbul edilmişdi.

Qeyd edək ki, 1987-ci ildə Nevada ştatında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış sazişdə Rusiya və ABŞ-ın mənzili 300-3400 mil aralığında olan raket alması, istehsal etməsi və ya sınaqdan keçirməsi qadağan edilmişdi.

Ötən ilin oktyabrında ABŞ Prezidenti Donald Tramp da sazişdən çıxacağını açıqlamışdı.

Fərid ƏDALƏT

BAKU.WS