VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran uran zənginləşdirilməsi ilə bağlı limiti keçib.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran nüvə sazişində göstərilən limiti 300 kq keçib.

Bu, Beynəlxalq Atom Enerjisi Təşkilatının nümayəndələrinin yoxlamaları nəticəsində aşkar olunub.

Xatırladaq ki, İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi 26 iyunda verdiyi açıqlamada Avropa ölkələrinə verilən vaxtın bitməsindən sonra zənginləşdirilmiş uran miqdarının artırılacağını açıqlamışdı.

Qeyd edək ki, İran ABŞ-ın sanksiyalarına qoşulan Avropa ölkələrinə 60 gün vaxt vermiş və sanksiyaları dayandırmağı tələb etmişdi.
BAKU.WS