ABŞ-ın Şimali Karolina ştatında yüngülmühərrikli təyyarə yaşayış evinin üstünə düşüb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Hope Mills bölgəsində baş verib.

Hadisə nəticəsində pilot və evdəki bir nəfər ölüb. Evdə olan olan daha bir nəfər isə ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbi araşdırılır.
BAKU.WS