SİZİN REKLAM BURADA!
055 213 76 73


Yaponiyanın Osaka şəhərində G20 sammiti çərçivəsində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında keçirilən ikitərəfli görüş barədə məlumat açqlanıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mətbuata qapalı keçirilən və 90 dəqiqə davam edən görüşdə İran, Suriya, Venesuela və Ukraynadakı son proseslər müzakirə edilib.

Liderlər iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində razılıq əldə ediblər.

Bundan başqa, müasir silahlara nəzarət mexanizmasının hazırlanması məsələsində müzakirələrin davam etdirilməsi də qərarlaşdırılıb.

Fərid ƏDALƏT
BAKU.WS