Qırğızıstan Milli Məclisi sabiq prezident Almazbek Atambayevin toxunulmazlığını ləğv edib.

BAKU.WS “dunyabulteni.net”ə istinadən xəbər verir ki, korrupsiyada ittiham edilən Atambayevin toxunulmazlığının ləğvi üçün parlamentə Baş Prokurorluq tərəfindən müraciət edilib.

Baş Prokuror Otkurbek Djamşitov bildirib ki, Atambayev vəzifədə olduğu 2011-2017-ci illərdə 5 korrupsiya cinayəti edib.

120 mandatlı parlamentdə keçirilən səsvermədə 103 deputat təklifin lehinə səs verib, 6 deputat isə əklifin əleyhinə olub. Bununla da, Atambayev haqqında istintaq aparılması mümkün olacaq.

Qeyd edək ki, sabiq prezident Mərkəzi İstilik Sisteminin modernləşdirilməsi, kömür alqı-satqı layihəsi, Tarix Muzeyinin müasiləşdirilməsi, cinayətkar dəstənin lideri Əziz Batukayevin sərbəst buraxılması və kənd təsərrüfatı torpaqlarının alqı-satqısında qanunsuzluq etməkdə ittiham edilir.

Fərid ƏDALƏT
BAKU.WS