SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya kansleri Angela Merkel yenidən titrəməsi ilə gündəmə gəlib.

BAKU.WS “CNN Türk”ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüş zamanı titrəyən Merkel eyni halı dünən də yaşayıb.

Onun Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə mətbuat konfransında titrəməsi kameralara tuş gəlib.

Merkel Zelenski ilə görüşdə titrəməsini susuzluqla əlaqələndirmiş və 3 stəkan su içdikdən sonra düzəldiyini bildirmişdi.

Lakin, eyni hal dünən də təkrarlandığı üçün Merkelin səhhətində problem olması iddialarını gündəmə gətirib.

Fərid ƏDALƏT

BAKU.WS
VİDEO

QALEREYA