SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanda istehsal edilən spirtli içkilərin Rusiya bazarına girişinə qadağa qoyula bilər.

BAKU.WS 
APA-ya istinadla xəbər verir ki, bu barədə "Kommersant" qəzeti yüksək səviyyəli dövlət rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, artıq ekspertlər Rusiya bazarında  Gürcüstan şərabları ilə bağlı araşdırmalara başlayıblar.

Hazırda gürcü şərablarının Rusiya bazarında  17 faizlik yerə sahib olduğu bildirilir. Bundan öncə isə  İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Rusiya Federal Xidməti (“Rospotrebnadzor”) idxal edilən gürcü şərablarının keyfiyyət və təhlükəsizlik nəzarətini bir qədər də gücləndirildiyini açıqlayıb.
BAKU.WS