VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın sabiq prezidenti Robert Köçəryan yenidən həsb edilib.

BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Apellyasiya Məhkəməsi qərar verib.

Apellyasiya məhkəməsi Yerevan məhkəməsinin 18 mayda Köçəryanın zaminlə azadlığa buraxılması haqqında qərarını ləğv edib və onun yenidən həbs edilməsi barədə qərar çıxarıb. Sabiq prezidentin qərara etiraz üçün 15 gün vaxtı var.

Qeyd edək ki, Köçəryan separatçı Qarabağ rejiminin indiki və keçmiş “prezidentləri” Bako Saakyan və Arkadi Qukasyanın zəmanəti ilə azadlığa buraxılmışdı.

O, 2008-ci il 1-2 mart hadisələrində hakimiyyəti devirməkdə ittiham edilir. Həmin hadisələrdə 10 nəfər ölmüş, 230 nəfər yaralanmışdı.

Fərid ƏDALƏT
BAKU.WS