Yaponiyada keçiriləcək “G-20” Zirvəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında görüş baş tutacaq.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, görüşdə “S-400” məsələ başda olmaqla iki ölkə arasında münasibətlərin müzakirə edilməsi nəzərdə tutulub.

Məlumata görə, Tramp Si Cinpin (Çin), Vladimir Putin (Rusiya), Məhəmməd bin Salman (Səudiyyə Ərəbistanı) Narendra Modi (Hindistan), Angela Merkel (Almaniya), Şinzo Abe (Yaponiya) və Skott Morrisonla (Avstraliya) da təkbətək görüşəcək.

Qeyd edək ki, “G-20” Zirvəsi 28-29 iyunda Osaka şəhərində keçiriləcək.

Fərid ƏDALƏT
BAKU.WS