SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın paytaxtı Tbilisidə “Tribuna” adlı yeni siyasi hərəkatın təqdimatı keçirilib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, təşkilatın təsisçisi Gürcüstan parlamentinin bitərəf deputatı David Çiçinadzedir.

O bildirib ki, “Tribuna” hərəkatında müxtəlif yaş qrupuna və sahələrə aid olan insanlar təmsil olunacaq.

Deputat Gürcüstan hökumətinin hər gün səhv etdiyini söyləyərək, ölkədə yeni xalq hərəkatının yaradılmasına ehtiyac duyulduğunu deyib.

Qeyd edək ki, “Tribuna” hərəkatı 2020-ci ildə Gürcüstanda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. 
BAKU.WS