SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sərnişin təyyarələrinin uçuşunu müvəqqəti qadağan edib.

BAKU.WS xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Gürcüstana sərnişin təyyarələrinin uçuşunun müvəqqəti qadağan edilməsi barədə Fərman imzalayıb.

Kremlin mətbuat xidmətinin məlumatına görə, Rusiyadan Gürcüstana kommersiya uçuşları da ləğv edilir. Bundan əlavə, turizm operatorlarına və turizm agentlərinə vətəndaşlara Gürcüstana turizm putyovkaları satmamaq tövsiyə olunur.

Rusiya Prezidenti hökumətə Gürcüstanda olan rusiyalıların geri qayıtmasını təmin etməyi tapşırıb.
BAKU.WS