VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan parlamentinin sədri İrakli Kobahidze istefa verib.

BAKU.WS Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının iclasında qəbul edilib. 

İddialara görə, yeni sədr Arçil Talakkadze olacaq.

Qeyd edək ki, dünən Gürcüstanda Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun Gürcüstan Parlament sədrinin kürsüsündə əyləşərək assambleyaya sədrlik etməsi etirazlara səbəb olub.

Tbilisidə minlərlə etirazçı parlament sədri İrakli Kobaxidzenin istefası tələbiylə səhər saatlarına qədər aksiya keçirib. Polislə qarşıdurmalar zamanı 240 nəfər xəsarət alıb.

Fərid ƏDALƏT
BAKU.WS