VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasına cavab olaraq ABŞ bu gün səhər saatlarında İrana hava zərbələri endirməyi planlaşdırsa da, prezident Donald Tramp son anda bu qərarı ləğv edib.

BAKU.WS
xəbər verir ki, bu barədə “New York Times” yazıb.

Hücum Tehran vaxtilə saat 03:30-a planlaşdırılıbmış.

Bununla belə, ABŞ prezidenti İranı hücumla təhdid edib. Tramp “Müharibə yox, müzakirə istəyirik” deyərək İrana müzakirələrə başlamaq üçün vaxt verib.

Xatırladaq ki, ötən gün Hörmüz körfəzi üzərində “RQ-4 Global Hawk“ tipli pilotsuz kəşfiyyat təyyarəsini vurub. İran tərəfi iddia edib ki, təyyarə ölkənin hava sərhədlərini pozub. Lakin Amerika tərəfi təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bildirir.

Aysel
BAKU.WS