SİZİN REKLAM BURADA!
055 213 76 73


Tbilisidə gecə saatlarında polis gözyaşardıcı qaz və su şırnağı maşını ilə etiraz aksiyasını dağıdıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, etirazçılar hakim Gürcü Arzu Partiyasının Rustaveli prospektindəki ofisinə daxil olublar. Onlar partiyanın kiçik və böyük bayraqlarını yandırıblar.

Aksiya iştirakçıları səhər saatlarında polis maşınını aşırıb, dəyənəklərlə maşını yararsız hala gətiriblər və polislərə daş atıblar.
Polis bir neçə etirazçını saxlayıb.

Hazırda şəhər mərkəzində vəziyyət sakitdir. Bağlanan bütün yollarda avtomobillərin hərəkəti bərpa olunub.

Müxalif Vahid Milli Hərəkat Partiyasının liderləri aksiyanın bu gün parlament qarşısında bərpa olunacağını bildiriblər.
BAKU.WS
QALEREYA